“Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsi nəqliyyat vasitələrinin təmiri və servis xidməti üzrə elan etdiyi tenderi ləğv edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma müsabiqəsi üzrə ehtimal olunan məbləğ 44.106,43 manat idi.
Ləğv səbəbi kimi satınalmada iştirak üçün tələb olunan sənədləri təqdim edən və müvafiq lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olması göstərilir. Bu, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci bəndinə əsasən tenderin davam etdirilməsi üçün kifayət qədər iştirakçının olmaması anlamına gəlir.
Satınalma komissiyası tərəfindən tərtib olunmuş ləğv protokolunda qeyd edilir ki, müsabiqənin nəticələri etibarsız sayılır və proses dayandırılır. Hazırda müsabiqənin yenidən keçirilib-keçirilməyəcəyi ilə bağlı məlumat verilməyib.