“Suçiçəyi” xəstəliyi niyə artıb? – İnfeksionist AÇIQLADIbackend

“Suçiçəyi” xəstəliyi niyə artıb? – İnfeksionist AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada ən təhlükəli yoluxucu xəstəliklərdən biri də suçiçəyidir. Hava-damcı yolu ilə insanlara bulaşan bu xəstəlik əsasən uşaq infeksion xəstəliklərinə daxildir və demək olar ki, uşaqlıqda yolxumayan böyüklər də bu virusa yoluxur. Elə son bir neçə gündür ki, ölkədə kiçikdən-böyüyə əksər şəxsin “suçiçəyi” xəstəliyinə yoluxması halı müşahidə olunur. 

NOCOMMENT.az xəbər verir ki, infeksionist Rəna Quliyeva Bizim.Media-ya son günlərdə “suçiçəyi” xəstəliyinə yoluxmaların olduğunu təsdiqləyib.

 

Onun sözlərinə görə, bu hal daha çox bağçaya, məktəbə gedən azyaşlı uşaqlarda görülür:

“Xəstəliyin əsas mənbəyi su çiçəyi ilə xəstələnmiş insanlardır. İnsan xəstəliyin səpgi dövrü başlanmazdan bir neçə gün əvvəl və başladığından sonrakı 5-7 gün ərzində yoluxdurucu olur. Bu dövrdə viruslar hava-damcı yolu ilə digərlərinə keçir. Xəstəliyə ən çax kollektiv yoluxma xarakterikdir. Bu səbəbdən də təhsil müəssisələrində, idman kollektivlərində, gənclər çalışan kollektiv iş yerlərində və hərbi qulluqçular arasında xəstəliyə yoluxmalar qeyd olunur.

​​​​​​​Adətən uşaqlar xəstəliyi yüngül keçirirlər. Yetkinlik yaşından sonra insanlar bu xəstəliyi kifayət dərəcədə ağır və xoşagəlməz fəsadlarla keçirirlər.

Xəstəliyin inkubasiya dövrü 10-21 gündür. Xəstəlik əsasən tam sağlam fonda bədən hərarətinin yüksəlməsi ilə başlayır. 1-3 gün hərarətli dövr səpgilərin meydana gəlməsi ilə nəticələnir”.

Su çiçəyinə yoluxmuş şəxslərin müalicə prosesi necə aparılır?

“Müalicə yataq-ev rejimi, qıcıqlanıdırıcı və şirin tamlı ərzaq məhsullarının rasiondan çıxarılması və bol mayenin əlavə edilməsini tələb edən pəhriz, eyni zamanda simptomatik preparatların köməyi ilə aparılır. Suçiçəyinin “əsas” müalicə üsulu yaşlı insanlara çoxdan bəllidir. Bu insanların “zelyonka” adı ilə tanıdıqları briliyant abısıdır. Bu müalicə üsulunun mahiyyəti səhər və axşam səpgilərin brilyant abısı ilə işlənməsidir.

Xəstəlik zamanı dəri qaşınmaları olur ki, nəticədə səpgilər infeksiyalaşa və ya sonda yerində xoşagəlməz izlər qoya bilir. Bunların qarşısını almaq üçün uşaqları qaşınmadan yayındırmaq, dırnaqlarını tez-tez tutmaq, yataq dəstlərini hər gün dəyişdirmək, eləcə də xəstə qalan otağı normal temperaturda saxlamaqla tərləməsinin qarşısı alınmalıdır”, – deyə infeksionist qeyd edib.