2022-ci ildə suçiçəyi xəstəliyinin artımı əsasən ilin birinci yarısında qeydə alınıb, iyul ayından başlayaraq xəstəliyinin səviyyəsində azalma müşahidə olunub”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, lakin payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq 2022-ci ilin noyabr ayından xəstəliyin səviyyəsi mövsümə uyğun olaraq bir qədər artıb.
“Qeydə alınan xəstəlik ocaqlarında əks-epidemik tədbirlərin aparılması təmin edilir”, – məlumatda qeyd olunub.