Süd və süd məhsulları alarkən DİQQƏTLİ OLUN – VİDEObackend

Süd və süd məhsulları alarkən DİQQƏTLİ OLUN – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təmiz və qatqılı qidalar eyni piştaxtaya qoyulur. Söhbət süd məhsullarından gedir. Marketlərdə belə qidalar yanaşı satılır ki, bu da istehlakçıların seçim etmələrində çətinliklər yaradır. Yəni qatqısız və qatqılı süd məhsulları alıcılara eyni piştaxtada təklif olunur.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Südçülər Assosiasiyasının sədri Samir Eyyubovun “Xəzər TV”yə bildirdiyinə görə, istehlakçıların qatqılı və ya qatqısız südü adi qaydada müəyyən etmələri mümkün deyil. Xüsusilə, üzərində tərkibi göstərilməyən məhsullarda bu problem daha çox olur.

Samir Eyyubov deyir ki, alıcılar belə qidaları alarkən tərkibini diqqətlə oxumalıdılar. Açıq şəkildə satılan süd məhsullarından istifadə isə tövsiyə edilmir.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva isə deyir ki, xüsusi risk qrupuna daxil edildiyi üçün qatqılı süd məhsullarının satışına yalnız müvafiq yoxlamalardan sonra icazə verilir.

Agentlik rəsmisi həmçinin bildirir ki, qanunda qatqılı və qatqısız süd məhsullarının satış şəbəkələrində hər hansı təsnifat üzrə qruplaşdırılaraq yerləşdirilməsi tələbi mövcud deyil.