Süd zavodunda partlayış: 18 min inək tələf oldubackend

Süd zavodunda partlayış: 18 min inək tələf oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatının rəsmiləri süd fermasında baş verən partlayış nəticəsində 18 minə yaxın inəyin öldüyünü bildirib.

NOCOMMENT.az xəbər verir ki, Dimmit şəhəri yaxınlığındakı “South Fork Dairy” zavodunda baş verən partlayışda daha bir nəfər isə ağır yaralanıb.

Səlahiyyətlilər partlayışa metan qazının səbəb ola biləcəyini düşünürlər.

Hadisə yerinə gələn polis və təcili yardım qrupları sıxışmış bir şəxsin xilas edilərək xəstəxanaya aparıldığını bildirib.

Xəsarət alan şəxsin həyatı təhlükədədir.

NOCOMMENT.AZ