Sudan ordusu atəşkəs danışıqlarını dayandırıbbackend

Sudan ordusu atəşkəs danışıqlarını dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda hərbçilər Çevik Dəstək Qüvvələrinin paramilitar qüvvələri ilə atəşkəs danışıqlarını dayandırdığını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Sudanda hərbçilərlə Çevik Dəstək Qüvvələri (RSF) arasında münaqişəyə son qoymaq üçün aparılan danışıqlar dalana dirənib. Sudan ordusu RSF qüvvələrinin xəstəxana və binalardan çıxarılmasını nəzərdə tutan qısa müddətli atəşkəs şərtlərinə əməl etmədiyi və atəşkəsi dəfələrlə pozduğu səbəbilə danışıqları dayandırdığını açıqlayıb.
Ordu sözçüsü Nabil Abdalla bildirib ki, atəşkəs müddəaları razılaşma üzrə növbəti addımı müzakirə etməzdən əvvəl tam şəkildə yerinə yetirilməlidir.