Sudana humanitar və tibbi yardım uçuşları başlayırbackend

Sudana humanitar və tibbi yardım uçuşları başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveyt humanitar və tibbi yardım üçün qurulan “hava körpüsü”ndən münaqişələrlə mübarizə aparan Sudana ilk uçuşunu açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, yardım uçuşlarının gündə bir dəfə olmaqla ardıcıl 4 gün davam edəcəyi bildirilib.

Bildirilib ki, yardım qərarı Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah, vəliəhd Şeyx Meşəl əl-Əhməd əl-Cabir əs-Sabah və Nazirlər Şurası tərəfindən qəbul edilib.
“Mövcud şəraiti nəzərə alaraq, qardaş ölkə Sudana təcili humanitar və tibbi yardım göndərilməlidir”, – bəyanatda deyilir.

Bildirilib ki, Küveyt Qızıl Aypara Cəmiyyəti, Xarici İşlər və Müdafiə Nazirliyi humanitar və tibbi yardımların ən qısa zamanda çatdırılması üçün birgə çalışır.