Sudanda 24 saatlıq atəşkəs QƏRARIbackend

Sudanda 24 saatlıq atəşkəs QƏRARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda ordu və Çevik Dəstək Qüvvələri (RSF) 24 saatlıq atəşkəs barədə razılığa gəlib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Sudanda ordu ilə RSF arasında danışıqlar bərpa edilib.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada, iki tərəfin nümayəndələrinin 24 saatlıq atəşkəs elan etmək barədə razılığa gəldiyi açıqlanıb.

Atəşkəsin sabah yerli vaxtla saat 06:00-da qüvvəyə minəcəyi bildirilib.

“Tərəflər atəşkəs dövründə hücumlardan, təyyarə və ya pilotsuz təyyarələrdən istifadədən, havadan bombardmanlardan, artilleriya zərbələrindən, mövqelərin möhkəmləndirilməsindən və əlavə qüvvələr göndərilməkdən çəkinmək barədə razılığa gəliblər” deyə bəyanatda qeyd edilib.

NOCOMMENT.AZ