Sudanda 7 günlük atəşkəsbackend

Sudanda 7 günlük atəşkəs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda tərəflər mayın 4-dən qüvvəyə minən 7 günlük atəşkəs haqqında razılığa gəliblər.

NOCOMMENT.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı Sudandakı qarşıdurmalar səbəbindən təxminən 334 min insanın məcburi köçkün vəziyyətinə düşdüyünü açıqlayıb.

Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında silahlı toqquşmalar baş verib.

Qeyd edək ki, Sudan Səhiyyə Nazirliyi ordu ilə HDK arasında baş verən qarşıdurmalarda 528 nəfərin öldüyünü, 4599 nəfərin yaralandığını açıqlayıb.

NOCOMMENT.AZ