Sudanda 700 mindən çox insan didərgin düşdübackend

Sudanda 700 mindən çox insan didərgin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda davam edən daxili qarşıdurmalar səbəbindən evlərini tərk edənlərin sayı günü-gündən artır.

NOCOMMENT.az xəbər verir ki, qarşıdurmalar səbəbindən 700 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatında qeyd olunub.

Bəyanatda ötən günlərdə ölkədə didərgin düşən sudanlıların sayının 340 mini keçdiyi, 150 mindən çox insanın sərhədi keçdiyi və bu rəqəmlərin daha da arta biləcəyi bildirilib.

Qeyd edək ki, aprelin 15-də Sudanda Suverenlik Şurasının prezidenti general Əbdül Fəttah əl-Burhanın rəhbərlik etdiyi ordu ilə şuranın vitse-prezidenti, general Məhəmməd Həmdan Daqalonun rəhbərlik etdiyi Sürətli Dəstək Qüvvələri (RSF) arasında toqquşmalar baş verib.

NOCOMMENT.AZ