Sudanda 822 dinc sakin həlak olubbackend

Sudanda 822 dinc sakin həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda aprelin ortalarından bu yana ordu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmalarda 822 mülki vətəndaşın həyatını itirdiyi bildirilib.

NOCOMMENT xəbər verir ki, Sudan Həkimlər Birliyi açıqlamasında bildirib ki, davam edən qarşıdurmalar paytaxt Xartum və bəzi əyalətlərdə daha çox insan itkisinə səbəb olub.

Açıqlamada, həmçinin qarşıdurma başlayandan bəri paytaxt Xartum, Əl-Ubeyd və Qərbi Darfur əyalətinin Əl-Cüneyne şəhərində ölənlər də daxil olmaqla, 822 mülki şəxsin həyatını itirdiyi, 3215 nəfərin yaralandığı bildirilib.