Sudanda etiraz aksiyalarında ölənlərin sayı 37-yə çatıbbackend

Sudanda etiraz aksiyalarında ölənlərin sayı 37-yə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 25-də Sudanda ordunun hakimiyyətə gəlməsindən sonra ölkədə keçirilən etriraz aksiyalarında azı 37 nəfər olub.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, təkcə gün ərzində 15 nəfərin ölümü və naməlum sayda etirazçının yaralanması ilə nəticələnən toqquşmalar qeydə alınıb.

“Biz etirazçılara qarşı güc tətbiqini pisləyirik və təhlükəsizlik qüvvələrini təmkinli olmağa, insan hüquqlarının növbəti dəfə pozulmasından çəkinməyə çağırırıq”, – Düjarrik bildirib.

Qeyd edək ki, Sudanın paytaxtı Xartumda bu gün etiraz aksiyaları keçirilib. Sudan Həkimlər Mərkəzi Komitəsinin məlumatına görə, nümayişçilər arasında ölənlər var.

Həkimlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı odlu silah və gözyaşardıcı qazdan istifadə edib, həmçinin təcili tibbi yardım maşınlarının yaralıların olduğu yerə girişini əngəlləyib.