Sudanda Ramazan bayramı silah və bomba səsləri ilə keçirbackend

Sudanda Ramazan bayramı silah və bomba səsləri ilə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda Ramazan bayramı ilə əlaqədar Çevik Dəstək Qüvvələrinin yarımhərbi qruplaşmasının elan etdiyi atəşkəs pozulub.

NOCOMMENT xəbər verir ki, paytaxt Xartumda ordu ilə yarımhərbi qruplaşma arasında toqquşmalar şiddətlənib.

Ramazan bayramı ilə əlaqədar Çevik Dəstək Qüvvələri birtərəfli atəşkəs elan edib. Beynəlxalq ictimaiyyətin çağırışları nəticəsində ordu atəşkəsə əməl edəcəyini açıqlayıb.

Lakin atəşkəs uzun sürmədi.

Gecə saatlarında paytaxt Xartum və onun ətrafında şiddətli toqquşmalar baş verib.

Bir çox binalardan tüstü qalxıb. Ölkədə ölənlərin sayı 450-ni, yaralıların sayı isə 3500-ü ötüb.

Sudan, Ukrayna və Səudiyyə Ərəbistanına məxsus 3 təyyarəyə ciddi ziyan dəydiyi bildirilib.