Sudanda yenidən 72 saatlıq atəşkəsbackend

Sudanda yenidən 72 saatlıq atəşkəs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudan Ordusu və Çevik Dəstək Qüvvələri (HDK) humanitar atəşkəsi bu gecə yarısından etibarən 72 saat daha uzatdıqlarını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə regional və beynəlxalq çağırışlar üzrə humanitar dəhlizlərin açılması, vətəndaşların gediş-gəlişinin asanlaşdırılması, ehtiyaclarının ödənilməsi və təhlükəsiz yerlərə çatdırılması məqsədilə humanitar atəşkəs gecə yarısından etibarən daha 3 gün uzadılıb.

Ordu həmçinin Səudiyyə Ərəbistanı və ABŞ-ın səyləri ilə atəşkəsi daha 72 saat uzatmağa qərar verdiklərini açıqlayıblar.

Qeyd edək ki, aprelin 28-nə keçən gecə başlayan atəşkəsə baxmayaraq, paytaxt Xartumun müxtəlif nöqtələrində qarşıdurmalar davam edir.

Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edib.

NOCOMMENT.AZ