Sudandakı böhran bölgəni xaosa sürükləyirbackend

Sudandakı böhran bölgəni xaosa sürükləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 15-də Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında başlayan qarşıdurmalar ölkəni və bölgəni böyük xaosa sürükləyir.

NOCOMMENT xəbər verir ki, bir çox ölkə münaqişələr səbəbindən vətəndaşlarını Sudandan təxliyə edir. Beynəlxalq ictimaiyyət isə tərəflər arasında sülhü təmin etmək üçün müxtəlif addımlar atır.

Mütəxəssislər böhranın böyüməsində regional və qlobal faktorların təsirli olduğuna diqqət çəkir və vətəndaş müharibəsinin davam edəcəyi təqdirdə müxtəlif ölçülü humanitar böhranların baş verə biləcəyini vurğulayırlar.

Humanitar və Sosial Araşdırmalar Mərkəzi Afrika Mütəxəssisi Dr. Serhat Orakçı qeyd edib ki, Sudanda böhran gündən-günə böyüyür və dərinləşir.

Böhranın böyüməsində regional və qlobal aktorların roluna toxunan Orakçı bildirib ki, ABŞ, Rusiya və Çin qlobal miqyasda, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrailin də aktiv rolu var. Sudan böhranının yalnız Sudanla məhdudlaşmayacağını və bunun ətraf ölkələrə təsir etmə potensialının olduğunu vurğulayan Orakçı vurğulayıb ki, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Efiopiya, Çad, Liviya və Misir mütləq zərər çəkəcək ölkələr arasındadır.

Orakçı beynəlxalq ictimaiyyətin, qlobal və regional aktorların sülh təşəbbüslərinin son dərəcə zəif olaraq qaldığını bildirib və böhranın həlli üçün sivilizasiyaya zəmin açılmasının vacib olduğunu vurğulayıb.