Sudandakı qarşıdurmada ölənlərin sayı ARTDIbackend

Sudandakı qarşıdurmada ölənlərin sayı ARTDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən qarşıdurmada həyatını itirənlərin sayının 551-ə yüksəldiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, BMT-nin Cenevrə ofisinin sözçüsü Alessandra Vellucci-nin moderatorluğu ilə həftəlik mətbuat konfransı keçirilib.

İclasda 15 apreldən bəri Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında davam edən qarşıdurmalarla bağlı son vəziyyət müzakirə edilib.

ÜST-nin sözçüsü Marqaret Harris Sudanda davam edən qarşıdurmalarda həyatını itirənlərin sayının 551-ə yüksəldiyini, 4926 nəfərin yaralandığını qeyd edib.

Qarşıdurma zamanı səhiyyə müəssisələrinə qarşı ümumilikdə 28 hücum olduğunu bildirən Harris, bu hücumlarda 8 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını bildirib.

NOCOMMENT.AZ