Sudandan təxliyə səfərbərliyibackend

Sudandan təxliyə səfərbərliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlətlər münaqişələrin davam etdiyi Sudandan öz vətəndaşlarını təxliyə etmək yarışına giriblər.

NOCOMMENT.az xəbər verir ki, ən azı 420 nəfərin öldüyü zorakılığa son qoymaq cəhdləri uğursuzluğa düçar oldu və ölkələr öz vətəndaşlarını, xüsusilə diplomatlarını təxliyə etməyə başlayıblar.

Bu çərçivədə Amerika ordusu diplomatlarını paytaxt Xartumdan çıxarmaq üçün əməliyyat keçirib.

ABŞ xüsusi təyinatlıları səfirliyin 70 əməkdaşını ailələri ilə birlikdə Sudandan qonşu Efiopiyaya aparıblar. Təxliyyə əməliyyatında üç “Chinook” nəqliyyat helikopteri və 100 Amerika əsgəri iştirak edib.

ABŞ hava əməliyyatı ilə diplomatlarını çıxararkən Türkiyə qurudan vətəndaşlarını təxliyə etməyə başlayıb.

NOCOMMENT.AZ