Sükan arxasında huşunu itirən xanım sürücüyə yardım edən Faiq Rəhimov o anları belə xatırlayır – VİDEObackend

Sükan arxasında huşunu itirən xanım sürücüyə yardım edən Faiq Rəhimov o anları belə xatırlayır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Öndəki avtomobilin idarə edilməsi şübhə doğurur. Ötməyə çalışdıqda isə həmin nəqliyyat vasitəsinin sürücüsünün huşunu itirdiyini görür.

NOCOMMENT.az xəbər verir ki, Faiq Rəhimov dərhal idarə etdiyi avtomobillə həmin nəqliyyat vasitəsinin önünə keçir və onu dayandırmağa nail olur. Arxadakı minik avtomobili bu zaman hətta öndəki maşına toxunaraq dayanır.

Görüntülər paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb. Faiq Rəhimov həyatını təhlükəyə ataraq idarə etdiyi avtomobillə digər nəqliyyat vasitəsini dayandırıb və sükan arxasında huşunu itirən xanım sürücüyə yardım edib.

Sürücü Faiq Rəhimov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunub və göstərdiyi köməyə görə ona təşəkkür edilib. Həmçinin araşdırma zamanı Faiq Rəhimovun il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən olunub və nümunəvi sürücü kimi ona mükafat təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.