Süleyman Soylu: PKK terror təşkilatının liderini min parçaya bölməzsək… backend

Süleyman Soylu: PKK terror təşkilatının liderini min parçaya bölməzsək… 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu PKK terrorçularını sərt şəkildə hədələdi.

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK-nın Şimali İraqdakı mağarada başından güllələyib, öldürdüyü Türk əsirlərin ilkin siyahısı müəyyən edilib:

– Çavuş Hüseyin Sarı (jandarma)
– Çavuş Sedat Yabalak (polis)
– Gizir Semih Özbek (jandarma)
– Çavuş Vedat Kaya (polis)
– Əsgər Süleyman Sungur (jandarma)
– Baş əsgər Mevlit Kahveci (jandarma)
– Əsgər Müslüm Altıntaş (topçu)
– Əsgər Adil Kabaklı (jandarma)
– Əsgər Aydın Köse (jandarma)
– Muhammet Salih Kanca (mülki şəxs)

Öldürülən 3 nəfərin isə şəxsiyyəti müəyyən edilir.

“PKK terror təşkilatının lideri Murat Karayılanı ələ keçirib, min parçaya bölməzsək bu Millət və Şəhidlərimiz üzümüzə tüpürsün”, deyə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu qeyd edib.