Sülh müqaviləsində bu bənd ola bilməzbackend

Sülh müqaviləsində bu bənd ola bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sülh müqaviləsində “Zəngəzur dəhlizi” ilə bağlı bənd yoxdur və ola da bilməz.

NOCOMMENT.az ölkə.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

“Biz başa düşürük ki, Azərbaycan öz ölkəsinin bir hissəsindən digərinə keçmək istəyir, biz onlar üçün bütün yolları açmağa hazırıq, lakin konkret ekstraterritorial yol haqqında heç nə yoxdur. Bunu 15 iyul 2023-cü il tarixli bəyanatda deyildiyi kimi, Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti ilə artıq razılaşdırılmış üç əsas prinsip sübut edir. Odur ki, daha bu barədə danışmayaq. Üstəlik, baş nazir çox maraqlı və vacib bir söz dedi ki, bunu azərbaycanlılar da deyir: bu yol artıq bizim üçün maraqlı deyil, İrandan keçən yolumuz var. Biz deyirik ki, eyni məntiqlə yolu verməyə hazırıq, o, daha qısa olacaq və bu dəmir yolunu çəkmək daha asan olacaq”, – Simonyan bildirib.

Sülh danıışıqlarına gəldikdə Simonyan bildirib ki, kəskin heç nə baş verməyib:

“Danışıqlar və fikir mübadiləsi davam edir. Müsbət mənada deyə bilərik ki, irəliləyiş var. Baş nazirin cavabını daha çox sürpriz adlandırmaq olar”.