Sülh müqaviləsinin prinsipləri razılaşdırılıb – Paşinyanbackend

Sülh müqaviləsinin prinsipləri razılaşdırılıb – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində bildirib.

“Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq”, – deyə o qeyd edib.

Siyasətçi, Azərbaycanda keçirilmiş prezident seçkisindən sonra buna nail olmağın mümkünlüyü barədə danışıb.