Sülhməramlılar 30 ermənini Kəlbəcərə APARDIbackend

Sülhməramlılar 30 ermənini Kəlbəcərə APARDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin mayın 5-nə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur” – açıqlamada bildirilir.

Məlumata görə, bu gün Rusiya sülhməramlı kontingentinin nümayəndələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanını müşayiət ediblər: “Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, Şuşa – Qırmızı Bazar – Qacar marşrutu boyunca bir karvan, digəri isə əks istiqamətdə”.

Bildirilib ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər:

“Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 11 bina, 5 hektar ərazi, 2 km yol təmizləndi.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri, Dağlıq Qarabağ ərazisinin 2076 hektarı, 637,3 km yolları, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1.754 bina partlamamış hərbi sursatlardan təmizlənib, 25606 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib”.

Açıqlamada rus sülhməramlılarının 30 erməni zəvvarı Kəlbəcər rayonunun Vəng kəndindəki Xudavəng monsatırına müşayiət etdikləri də yer alıb.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
Modern