Sülhməramlılar Bakının bu şərtlərinə əməl etməlidirlərbackend

Sülhməramlılar Bakının bu şərtlərinə əməl etməlidirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağın dağlıq hissəsində məskunlaşmış qanunsuz erməni silahlı birləşmələri demək olar ki, hər gün Ordumuzun bölmələrini atəşə tuturlar.

2020-ci il 10 noyabr bəyanatı ilə bölgəyə gəlmiş və vəzifəsi regionda sabitliyi qorumaq olan Rusiya sülhməramlı kontingenti isə bu hadisəyə göz yumur. Hətta separatçılara əl-qol açmağa şərait yaradılır. Rusiya sülhməramlı qüvvələrinin özü də Azərbaycana qarşı həddi aşıb. Belə ki, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən onlara bölgədəki yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adları təqdim edilsə də, Rusiya sülhməramlı kontingenti yaydığı xəbərlərdə erməni toponimlərinə aid adlardan istifadə edir. Rəsmi Bakıdan edilən xəbərdarlıqlara isə etinasızlıqla yanaşılır.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı modern-ə danışan politoloq İlqar Vəlizadə bildirib ki, Qarabağdakı vəziyyətlə bağlı ilk növbədə Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyəti aktivləşdirilməlidir.

Onun sözlərinə görə, bu halda həm obyektivliyə nail olunacaq, həm də təxribatları törədənlərin kimlikləri rahatlıqla müəyyənləşdiriləcək. Bununla da, təxribatçıları hərbi və siyasi cəhətdən asanlıqla zərərsizləşdirə biləcəyik.

İ.Vəlizadə vurğulayıb ki, Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələri ilə bacarmırsa, onda Azərbaycan özü antiterror əməliyyatı həyata keçirməlidir: “Rusiya sülhməramlılarının fəaliyyətsizliyi əlbəttə, sual doğurmaya bilməz. Görünür onlar öz missiyalarını ədalətli şəkildə yerinə yetirə bilmir. Hətta xəritələr yayılır ki, Rusiya sülhməramlıları ilə yanaşı, qeyri-qanuni silahlı birləşmələr də Qarabağın dağlıq hissəsinin müəyyən ərazilərində postlar qurur. Sülhməramlıları başa düşdük, onlara üçtərəfli bəyannatda müəyyən səlahiyyətlər verilib. Bəs separatçılar hansı ixtiyarla post qururlar? Bu ki qanunsuzluqdur. Əgər Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələri ilə, separatçılarla bacarmırsa, sözlə onları başa sala bilmirsə, onda Azərbaycan Silahlı Qüvvələri onların postlarını özü dağıtmalı, antiterror əməliyyatına başlamalıdır”.

Politoloq qeyd edib ki, sülhməramlılar şərait yaratmasa, erməni separatçıları heç vaxt təxribat törətməyə cürət etməz: “Aydındır ki, Rusiya sülhməramlı qüvvələri qanunsuz erməni silahlı birləşmələrinə şərait yaratmasa, heç vaxt onlar buna əl atmazlar. Rusiya sülhməramlıları ya qorxurlar, ya da hansısa siyasi risklərdən çəkinirlər. Belə olan halda yenə deyirəm ki, bizim özümüz hərbi əməliyyat aparmalıyıq. Rusiya prezidenti Vladimir Putin də çıxışlarında dəfələrlə deyib ki, Qarabağ Azərbaycan torpaqlarıdır. Əgər bura Azərbaycan torpağıdırsa, Azərbaycan xüsusi xidmət orqanları, Silahlı Qüvvələrimiz Qarabağda istənilən əməliyyatları icra edə bilər. Onu da deyim ki, Rusiya sülhməramlıları vaxtından əvvəl regiondan getmək istəmirlərsə, hazırkı vəziyyətdən nəticə çıxarmalıdırlar”.