Sülhməramlılar Laçın dəhlizinə alternativ yolda yerləşdirildilərbackend

Sülhməramlılar Laçın dəhlizinə alternativ yolda yerləşdirildilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyalı sülhməramlılar artıq Laçın dəhlizinə alternativ olan yeni yolda yerləşdiriliblər”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Qarabağdakı erməni separatçılarının nümayəndəsi Viktoriya Petrosyan açıqlayıb.

Onun sözlərinə görə, Ermənistanı Azərbaycan əraziləri ilə birləşdirən yeni yolun bu hissəsi tamamilə asfaltlanıb və Xankəndi-Gorus-Laçın yolu kimi fəaliyyət göstərəcək.

“Rusiyalı sülhməramlılar artıq orada yerləşdirilib və yola nəzarət edirlər”, – deyə Petrosyan söyləyib.

Xatırladaq ki, Ermənistan mediası Laçın dəhlizinə alternativ olan yeni yolun avqustun 30-da axşam saat 20:00-dan nəqliyyatın hərəkətinə açıq olacağı barədə məlumat yayıb.