Sülhməramlılar mövqelərini dəyişdilərbackend

Sülhməramlılar mövqelərini dəyişdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 19-dan etibarən Şuşa şəhərindən keçən Xankəndi-Laçın yolundakı əraziyə cəlb edilmiş Rusiya sülhməramlılarının mövqeyində müəyyən dəyişikliklər görünməkdədir.

NOCOMMENT report-a istinadən xəbər verir ki, etirazçılar bundan istifadə etmək, irəli getmək fikrindən uzaqdırlar.

Bu, bir daha göstərir ki, bu aksiya dinc xarakterlidir. Məqsəd sülhməramlılarla qarşıdurmaya getmək deyil. Aksiyanın əsas məqsədi, Azərbaycanın suveren ərazisindəki yataqlarda monitorinqin aparılması üçün şərait yaradılmasına nail olmaqdır. Etirazçılar təbii sərvətlərimizin talanmasının, ekoloji çirklənmənin dayandırılmasını tələb edirlər.