Sülhməramlıların çıxması təklifinə Rusiyadan reaksiyabackend

Sülhməramlıların çıxması təklifinə Rusiyadan reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı siyasətçilər Moldovanın yeni Prezidenti Maya Sandunun Rusiya sülhməramlılarının Dnestryanı bölgədən çıxarılmasına dair bəyanatına cavab veriblər.

Axar.az xəbər verir ki, senator Aleksey Puşkov Rusiya sülhməramlılarının təmin etdiyi təhlükəsizliyin Moldovanın yeni prezidentinin səs-küylü bəyanatlarından daha vacib olduğunu bildirib.

Federasiya Şurasının tərəfdaşı Andrey Klimov isə sülhməramlıların bölgədən çıxacağı halda orada münaqişənin yeni gərgin mərhələsi başlayacağını istisna etməyib.

Deputat Yelena Panina deyib ki, Sandu tərəfindən təklif olunan ssenari Tiraspolda (Dnestryanının “paytaxtı”) qəbul olunmayacaq: “Sandunun məsələni sülh yolu ilə həll etmək istəyindən asılı olmayaraq, münaqişənin gərginləşmə perspektivi var”.