Sülhməramlılarn helikopteri qəzaya uğradı: 8 nəfər öldübackend

Sülhməramlılarn helikopteri qəzaya uğradı: 8 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasının şərqində BMT sülhməramlı missiyasının helikopteri qəzaya uğrayıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, qəza nəticəsində 6-sı Pakistan, biri Rusiya, digəri isə Serbiyadan olan 8 nəfər ölüb.

Qeyd edək ki, sülhməramlılar Konqo qüvvələri ilə M23 üsyançıları arasında son toqquşmaların baş verdiyi Tşanzu bölgəsində kəşfiyyat missiyasında olublar.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.