Sultan Süleymanın portreti bir milyon manata satıldıbackend

Sultan Süleymanın portreti bir milyon manata satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın “Sotbis” hərrac evində Osmanlı padişahı Sultan Süleyman Qanuninin portreti satışa çıxarılıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə hərrac evi məlumat yayıb.

“İslam dünyası və Hindistan incəsənəti” adlı kolleksiyada 60 000-80 000 arası funt sterlinqlik ilkin qiymətlə hərraca çıxarılan Sultan Süleymanın portreti 438 500 funt sterlinqə (təxminən 1 milyon 23 min manat) satılıb.

Portretin sultanın 43 yaşı olanda çəkildiyi ehtimal olunur. Sənət əsəri fransız ailənin özəl kolleksiyasında saxlanılırmış.

Xatırladaq ki, Möhtəşəm Sultan 1494-cü ildə Trabzonda doğulub. O, Osmanlı imperiyasının 10-cu sultanıdır, həmçinin 89-cu xəlifədir. Sultan Süleyman Qanuni 1520-ci ildən 1566-cı ilədək imperiyaya rəhbərlik edib. Sultan Süleyman 1566-cı ildə indiki Macarıstan ərazisində vəfat edib.