Sulu qar və qar yağacaq, yollar buz bağlayacaqbackend

Sulu qar və qar yağacaq, yollar buz bağlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 1-6° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.