Rusiya hərbçiləri Sumı vilayətində meşəlikdə gizlədilmiş Ukrayna ordusunun Leopard 2A6 tankını məhv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Döyüş maşını 155-ci dəniz piyada briqadasının bölməsi tərəfindən Malaya Korçakovka qəsəbəsi ərazisində kəşfiyyat işləri zamanı aşkar edilib.
Hədəf koordinatları operativ şəkildə Müdafiə Nazirliyinin “Rubicon” pilotsuz texnologiya mərkəzinin döyüş qrupuna ötürülüb.
Müdafiə Nazirliyi əlavə edib ki, FPV pilotsuz uçuş aparatlarının ekipajlarının silsilə zərbələri nəticəsində kamuflyajlı tank məhv edilib ki, bu da obyektiv idarəetmə vasitələri ilə təsdiqlənib.