Sumi istiqamətində döyüşlər: Ukrayna arxa cəbhəyə də zərbələr endirirbackend

Sumi istiqamətində döyüşlər: Ukrayna arxa cəbhəyə də zərbələr endirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kursk vilayətinin Tetkino yaşayış məntəqəsi yaxınlığında döyüş əməliyyatları davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın WarGonzo Telegram kanalı məlumat yayıb.

“Sumi istiqaməti: Tetkino rayonu ətrafında döyüşlər davam edir”, – deyə kanalda qeyd olunur.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri həmin ərazidə yerləşən Rusiya hərbi qarnizonunu tam təchizatdan məhrum etməyə çalışır. Eyni zamanda Rusiya hərbçiləri, logistik çətinliklərə baxmayaraq, Ukrayna ordusunun hücumlarını dəf etməyə davam edir.

WarGonzo-nun yazdığına əsasən, Ukrayna ordusu arxa cəbhəyə də zərbələr endirir və mülki infrastruktur obyektlərini dağıdır.