Sumı vilayətində əhalinin genişmiqyaslı təxliyəsi həyata keçirilibbackend

Sumı vilayətində əhalinin genişmiqyaslı təxliyəsi həyata keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Sumı vilayətində 202 yaşayış məntəqəsindən əhalinin 65%-i təxliyə edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.

Onun sözlərinə görə, rayondan 56 minə yaxın insan, o cümlədən 804 uşaq təxliyə edilib. Rəsmi aydınlaşdırdı ki, bu, məcburi evakuasiyaya məruz qalan insanlara aiddir.

Sumi rayonu Kursk vilayəti ilə həmsərhəddir. Aprelin 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya prezidenti Vladimir Putinə Kursk vilayətinin azad edilməsi üzrə əməliyyatın başa çatması barədə hesabat verib.