Sumqayıt bulvarında maneələri kim sökür? – FOTOLARbackend

Sumqayıt bulvarında maneələri kim sökür? – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtın Bulvar 2 küçəsində daxili yollara qoyulan maneələr sökülür.

NOCOMMENT.az xəbər verir ki, Bu barədə Valyuta.az-a Sumqayıt sakini Vüqar Ələkbərov bildirib.

Onun sözlərinə görə, həmin ərazidə inşa edilən hündürmərtəbəli binaların alt qatında müxtəlif təyinatlı obyektlər fəaliyyət göstərir. “Yolun ortasına basdırılmış bu maneələr əslində həmin obyektlərə görədir. Yəni, obyektin qarşısında avtomobil saxlamaq mümkün olmasın. Çünki əks halda ərazidə hərəkət etmək mümkün olmayacaq. Bu da təbii olaraq obyektlərə sərf etmir. Ona görə də ehtimal etmək olar ki, həmin maneələri obyekt sahibləri sökür”, – deyə Vüqar Ələkbərov bildirib.

Onun sözlərinə görə, ərazidə müşahidə kameraları var, müvafiq qurumlar araşdırma aparıb maneələri sökənləri müəyyənləşdirə bilər.