Sumqayıt Bulvarında nə baş verir? – VİDEObackend

Sumqayıt Bulvarında nə baş verir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt sakinləri artıq 2 aydan çoxdur ki, Sumqayıt Bulvarı boyu dənizdən gələn üfunət- kanalizasiya qoxusundan normal istirahət edə bilmir. Bu səbəbdən bulvarda nəinki qonaq, yerli sakinlər də yan durmağa çalışırlar.

NOCOMMENT xəbər verir ki, bu barədə ARB24-ə şəhər şakinləri danışıblar. Xəbərdə bildirilir ki, pis qoxunun səbəbi bu Sumqayıt icra hakimiyyətinin rəsmiləri tərəfindən danılsa da dənizə Bulvardakı çoxsaylı obyektlərdən, yaxınlıqda tikilən çoxsaylı göydələnlərdən axıdılan kanalizasiya-çirkab sularıdır.

Sakinlər deyirlər ki, hazırda pis qoxudan başqa bu ərazidəki dəniz sahilində əsl ekoloji faciə, fəlakət yaşanır. “Ərazidə demək olar heç bir təmizlik işləri aparılmır. Ara-sıra, ildə-ayda bir dəfə formal xarakter daşıyan təmizlik aksiyaları keçirilir. 20-30 metr geri çəkilən dənizin bu hissəndə bioresurslar məhv olub.

Əgər bu pis qoxu elə yerli məmurlara məxsus olan bulvardakı obyektlərdən,şəhərdən tökülən çirkab sularından əmələ gəlmirsə onda niyə bəs yaxınlıqdakı Novxanı ərazisində, qonşu sahil ərazilərdə, hətta Hacı Zeynalabdin qəsəbəsində bu cür pis qoxu gəlmir, su belə çirkab vəziyyətdə deyil!?”.