Sumqayıt bulvarındakı üfunətlə bağlı RƏSMİ AÇIQLAMAbackend

Sumqayıt bulvarındakı üfunətlə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizinin Sumqayıt sahilində xüsusilə bulvar ərazisində çirkab suların dənizə axıdılması qeyri-mümkündür.

NOCOMMENT xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat göndərib.

Sumqayıt sakinlərinin iddialarını cavablandıran qurum rəsmisinin sözlərinə görə, Sumqayıtda mərkəzləşmiş kanalizasiya sistemi qurulub: “Şəhərdə mərkəzləşmiş kanalizasiya sistemi mövcud olduğundan bulvar ərazisindən dənizə kanalizasiya suyunun axıdılmasına dair iddialar həqiqəti əks etdirmir. Bütün kanalizasiya xətləri mərkəzləşdirilmiş sistemə qoşulur. Bəzi ərazilərdə yağış və qrunt sularının axıdılması üçün borular mövcud ola bilər. Ancaq bu borulardan çirkab suların axıdılması mümkün deyil. Çünki bu məsələ şəhər ərazisində xüsusi diqqət mərkəzində saxlanılır”.