Sumqayıt İH-dən Yeni il yolkasının sökülməsi ilə bağlı AÇIQLAMA – FOTObackend

Sumqayıt İH-dən Yeni il yolkasının sökülməsi ilə bağlı AÇIQLAMAFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Sumqayıt şəhərində Yeni il hazırlığı ilə bağlı fotolar yayılıb.

NOCOMMENT.az xəbər verir ki, sözügedən fotoların birində Yeni il yolkasının quraşdırılması və bir müddət sonra onun ərazidən götürülməsi əks olunub.

Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətindən Trend-ə bildirib ki, şəhərin bəzədilməsi ilə bağlı hər hansı qərar qəbul olunmayıb:

“Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin bəzədilməsi ilə bağlı hər hansı bir qərar qəbul olunmayıb. Ümumi hazırlıq işləri həyata keçirilir, lakin yekun qərar gələn həftə veriləcək”.