Sumqayıt internetsiz qaldı – SNTV işləmirbackend

Sumqayıt internetsiz qaldı – SNTV işləmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KATV-nin Sumqayıt üzrə internet provayderi olan SNTV-də yenə də fasilələr yaranıb. Şəhərdə mart ayından etibarən müəyyən zaman intervalı ilə internet verilməsində ciddi problemlər yaşansa da bu gün 14:35-dən internetin verilməsi tamamilə dayandırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu saatlarda Sumqayıtda internetin verilməsində ciddi problemlər yaşanır. Şəhərin çox hissəsini internetlə təmin edən SNTV-dən isə özünü tam təqdim etməyən operator şəhərə gələn xətdə problem yarandığını bildirirb. Şəbəkədən yaranmış nasazlığın aradan qaldırılması istiqamətində işlərin aparıldığını, internet verilişinin tam təmin olunması ilə bağlı dəqiq cavab verə bilməyəcəklərini əlavə edib. 

Şəhərdə SNTV provayderində yaranan fasilələr səbəbindən ali təhsil və orta təhsil müəssisələrində tədrisə onlayn qoşulan tələbə və şagirdlərdə ciddi problemlər yaşanmaqdadır. Görünür interneti KATV-dən alan SNTV yüklənməyə tab gətirə bilmir.

Şirkətdən abunəçilərə şəbəkənin son günlər yüklənməyə məruz qalmasını səbəb kimi göstəriblər. 

Görəsən abunəçilərdən aylıq ödəniş haqqını 1 həftə öncə yığan internet provayder, abunəçi ilə bağlanmış müqavilə şərtlərinə, xidmət göstərən operator tərəfindən yaranmış nasazlığa görə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdırmı? Ən azı abunəçilərindən üzürxahlıq etməyə cəsarətləri və ya korporativ mədəniyyətləri çatacaqmı?

Qeyd edək ki, əlaqə saxladığımız provayderin nömrəsindən xaric, şəbəkənin digər qaynar xəttləri (+994502569405; +994502569408; +994502569410; 0186520010; 0186520055; 0186520066) ilə əlaqə yaratmaq mümkün olmadı.