Sumqayıt sakini 44 gündür itkin düşüb – FOTObackend

Sumqayıt sakini 44 gündür itkin düşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər sakini 44 gündür itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə report-un yerli bürosuna Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsindən məlumat verilib.

Qeyd olunub ki, 2024-cü il aprelin 30-da Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev Yaşıldərə yaşayış massivində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

O evdən çıxarkən əynində qara idman şalvarı, qara köynək və ayağında qara rəngdə idman ayaqqabısı olub.

Cavidan Əliyevi görən şəxslərdən (018) 65-4-02-02,(018) 65-5-76-65 nömrələrinə zəng etmələri xahiş olunur.

İtən şəxsin axtarışları davam etdirilir.