Sumqayıt sakini naməlum şəxs tərəfindən bıçaqlanıbbackend

Sumqayıt sakini naməlum şəxs tərəfindən bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində 9-cu mikrorayonda qeydə alınıb.

Ərazidə yerləşən marketlərin birinin qarşısında 1983-cü il təvəllüdlü Xəlilov Ramil Oruc oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan R.Orucov cərrahi əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.