Sumqayıt sakinini döyərək öldürən şəxs tutuldubackend

Sumqayıt sakinini döyərək öldürən şəxs tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 10-da saat 19 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 1988-ci il təvəllüdlü Elgün İsmayılovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Sumqayıt Şəhər Prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla hadisənin 1989-cu il təvəllüdlü Teymur İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elgün İsmayılovun baş nahiyəsinə çoxsaylı zərbələr vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Teymur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.