Sumqayıt-Saray körpüsü istifadəyə verildibackend

Sumqayıt-Saray körpüsü istifadəyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən körpü açılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, körpü bu gündən istifadəyə verilib və açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin, eləcə də AAYDA-nın rəhbər şəxsləri iştirak ediblər.

Qeyd edək ki, 3 aşırımdan ibarət olan yeni körpünün uzunluğu 104 metr-dir. Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlıdır. Körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkiləri tikilib.

4 dayaq inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan tikilib. Körpunun ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri 1 metr olan svaylar tikilib. Svayların ümumi sayı 80 ədəd təşkil edir.\\ İqtisadiyyat.az

Buna da baxın

Hitlerin ölümü ilə bağlı həqiqət ortaya çıxdıbackend
Dünya
Hitlerin ölümü ilə bağlı həqiqət ortaya çıxdı