Sumqayıtda 48 yaşlı qadın dəm qazından ölübbackend

Sumqayıtda 48 yaşlı qadın dəm qazından ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində dəm qazı zəhərlənməsi nəticəsində ölüm hadisəsi baş verib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

1977-ci il təvəllüdlü Nəsirova Həqiqət İmran qızı yaşadığı evin hamam otağında ölü tapılıb. İlkin ehtimala görə, qadın dəm qazından zəhərlənib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırma aparılır.