Sumqayıtda ağac kəsən şəxs cəzalandırılıbbackend

Sumqayıtda ağac kəsən şəxs cəzalandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhəri, 30-cu məhəllə 4/6 saylı binanın yaxınlığında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

NOCOMMENT-in xəbərinə görə, Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev report-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə Ağanasib Kamilov tərəfindən 2 ağacın kəsildiyi və təbiətə 2700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Onun sözlərinə görə, faktla bağlı akt tərtib olunub: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Sumqayıt şəhər prokurorluğuna göndəriləcək. Kəsilmiş ağacların yerinə isə yeniləri əkilib”.