Sumqayıtda ağır avtobus qəzası-Xəsarət alanlar varbackend

Sumqayıtda ağır avtobus qəzası-Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində sərnişin avtobusu minik maşını ilə toqquşub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı küçəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Cavid Abbasəli oğlu Murtuzovun idarə etdiyi sərnişin avtobusu 1999-cu il təvəllüdlü Mirhadi Mirismayıl oğlu Mirişovun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində avtobusun sərnişinləri – Sumqayıt şəhər sakinləri, 2007-ci il təvəllüdlü Şəbnəm Akif qızı Şahbuzova, 1967-ci il təvəllüdlü İlahə Mürvət qızı Şahbalayeva, 1994-cü il təvəllüdlü Lamiə Gülasət qızı Şəmiyeva və 2007-ci il təvəllüdlü Nuray Sərxan qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.\\Oxu.az