Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki,hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.
“Nissan” və “Kia” markalı minik avtomobillərinin toqquşması nəticəsində ikinci avtomobildə olan 3 nəfər xəsarət alıb. Onlar Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.