Sumqayıtda aktiv koronavirus xəstələrinin sayı açıqlandı: Rayonlara səyahət edənlərdirbackend

Sumqayıtda aktiv koronavirus xəstələrinin sayı açıqlandı: Rayonlara səyahət edənlərdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb.

NOCOMMENT xəbər verir ki, bu barədə xeberle.com-a Sumqayıt şəhər Səhiyyə Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, son bir neçə gündə yoluxma sayı xeyli aşağı düşüb, vəziyyət stabil olaraq qiymətləndirilir: “Hazırda 1 saylı Sumqayıt şəhər xəstəxanasında 38 xəstə koronavirusdan müalicə alır, onlardan üçü reanimasiyadadır”.

Səhiyyə şöbəsindən verilən açıqlamada o da qeyd olunur ki, yoluxanlar, əsasən, son bir neçə həftə ərzində rayonlara səyahət edənlərdir: “Toplanılan anemnizlərin nəticəsindən aydın olur ki, yoluxmanın aşkar edildiyi şəxslərin rayonlarımıza istirahətə gedib qayıtdıqdan sonra vəziyyətlərində dəyişiklik yaranıb və verilən analizlərin nəticələri pozitiv çıxıb”.