Sumqayıtda atasını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayıbbackend

Sumqayıtda atasını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda atasını öldürməkdə təqsirləndirilən Aydın Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

NOCOMMENT-in xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

Qeyd edək ki, hadisə iyulun 19-da baş verib.

1943-cü il təvəllüdlü Azad Rzayevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla psixi xəstəlikdən əziyyət çəkən 1984-cü il təvəllüdlü Aydın Rzayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atası Azad Rzayevə çoxsaylı bıçaq zərbələri vurub öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqa cəlb edilən A.Rzayevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.