Sumqayıtda avtobus qəzası: Ölən varbackend

Sumqayıtda avtobus qəzası: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 17-də saat 8 radələrində Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində şəhər sakini Şakir Quliyevin burun nahiyəsində əzilmiş-sıyrılmış xəsarət olan meyitinin tapılması barədə 3-cü polis bölməsinə məlumat daxil olub.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Ş.Quliyevin “QAZ-33021” markalı yük avtomobili ilə vurulması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Ş.Orucov şübhəli şəxs qismində saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.