Sumqayıtda avtomobil 3 piyadanı vurdubackend

Sumqayıtda avtomobil 3 piyadanı vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki,hadisə Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Əfəndi Nihat Aydın oğlu idarə etdiyi “Chevrolet” markalı avtomobillə piyadalar -1992-ci il təvəllüdlü Mirzəliyeva Günay Nazim qızını, 2013-cü il təvəllüdlü Mirzəliyeva Ayan Azər qızını və 2015-ci il təvəllüdlü Mirzəliyeva Solmaz Anar qızını vurub.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.