Sumqayıtda bazarda atəş açılıb, bir nəfər yaralanıb – FOTObackend

Sumqayıtda bazarda atəş açılıb, bir nəfər yaralanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda silahlı insident baş verib.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin “İnşaatçılar” qəsəbəsində yerləşən bazarda qeydə alınıb.

Belə ki, naməlum şəxs “BMW” markalı avtomobildən düşərək ov tüfəngindən atəş açıb. Nəticədə bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan, 1988-ci il təvəllüdlü Çələbiyev Natiq Atabala oğlu xəsarət alıb. Çoxsaylı qırma yarası alan yaralı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.